21.11.2024

Pensilvaniya uğrunda savaş: Türk doktor senatorluğun bir addımlığında

ABŞ-da senator seçkilərinə ciddi hazırlıqlar başlayıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda bir neçə ştatda keçiriləcək seçkilərdə əsas diqqət bir neçəsinə yönəlib. Onlardan biri də Pensilvaniya ştatıdır.

Pensilvaniyada keçiriləcək senator seçkilərinin maraqlı olmasının səbəbi həmin posta iddialı olan şəxsin kimliyidir. Belə ki, sözügedən ştatdan Respublikaçılar Partiyasının namizədi türk əsilli doktor Mehmet Özdür. Məşhur tük həkim Mustafa Özün oğlu olan Mehmet ABŞ-da təhsil alıb, böyük nüfuza malik ürək cərrahıdır.

Partiyadan onu dəstəkləyən əsas şəxs isə keçmiş president Donlad Trampdır. Sabiq dövlət başçısı müsahibəsində deyib ki, o, Mehmet Özü çox yaxşı tanıyır, istedadlı biri olduğunu bilir. “Onunla mütəmadi olaraq görüşmüşəm. Hhər dəfəsində mənə dəyərli tövsiyyələr verib. Sözlərinə qulaq asmağa çalışıram. Mehmet Öz möhtəşəm insandır”.

Qeyd edək ki, türk doktor ABŞ-da 9 dəfə “Emmi” mükafatını alıb. Böyük nüfuz sahibi olmaqla yanaşı, həm də sağlamlıq proqramının aparıcısıdır. ABŞ səhiyyə sistemi ilə bağlı geniş bilgilərə malik olmaqla bərabər, həm də yaxşı natiq, uzaqgörən siyasətçi kimi də ad çıxarıb.

Bəzi müşahidəçilər hesab edirlər ki, Mehmet Özün Pensilvaniya senatoru olması üçün ciddi maeə yoxdur. Çünki onun rəqibi elə də populyar biri deyil. Son sorğularda is Öz səslərin 50 faizindən çoxuna sahiblənəcəyi məlum olub.

Türk doktorun gələcəkdə ABŞ-ın səhiyyə naziri olacağı da istisna edilmir. Hətta Donald Tramp yenidən prezident seçilərsə, Mehmet Özün vitse-prezident ola biləcəyinə dair iddialar da mövcuddur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: