21.11.2024

Yeni silahlar sayəsində Rusiya işğalçı gücləri mühasirəyə düşdü

Ukrayna ordusu Xerson vilayəti ətrafında 2 minlik rus ordusunu mühasirəyə alıb.

Bu barədə “The Insider” nəşri bildirib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində iki minədək rus əsgəri mühasirəyə düşüb. Jurnalistlərin bildirdiyinə görə, mühasirədən çıxmaq üçün Rusiya batalyonunun üç taktiki qrupu, o cümlədən xüsusi təyinatlılar və bir tank bölməsi “Yaşıl dəhliz”ə dəvət edilib.

Bundan əvvəl hərbi ekspert Aleksandr Kovalenko bildirib ki, Xerson vilayətinin Vısokopole kəndi yaxınlığında rus işğalçılar mühasirəyə düşüb və ukraynalı müdafiəçilərin mühasirəsindən çıxmaq üçün “yaşıl dəhliz” təşkil etməyi tələb ediblər.

Bunan əvvəl Ukrayna Baş Qərargahı bildirib ki, Ukraynanın cənubunda güclü əməliyyat aparılır və nəticəsi uğurlu olacaq.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya hərbçilərinin bir qrupunun Xerson vilayətində Vısokopol rayonunda mühasirəyə alındığını təsdiqləyib. Onun sözlərinə görə, Rusiya komandanlığı Xerson vilayətində baş verənlərdən ruhdan düşüb.

Arestoviç bütün bunları HIMARS və digər silahların uğurlu fəaliyyətinin nəticəsi adlandırır.

Mənbə: Teleqraf.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: