08.09.2024

Beyləqanda «Şuşa ili» ilə bağlı tədbir keçirilib

Beyləqan rayonunda «Şuşa ili» ilə bağlı tədbir keçirilib. Tədbir Kürdəmir regional Mədəniyyət İdarəsinin Beyləqan rayon filialının müdiri Məhəmməd Qələndərovun rəhbərliyi ilə keçirilib.


Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, hərbçilər, müharibə veteranları və şəhid ailələri də iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verib.

Şəhidlər xatirəsi 1 dəqiqə sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Elçin Qədirov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: