21.11.2024

Tehranda Astana üçlüyünün sammiti başa çatdı — Birgə bəyannamə

Tehranda Suriyadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran dövlət başçısı İbrahim Rəisinin iştirakı ilə Astana formatında üçtərəfli görüş keçirilir.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, liderlər Suriyadakı son hadisələri, xüsusilə oradakı terrorçu silahlı qüvvələrin tamamilə məhv edilməsi istiqamətində atılan addımları müzakirə ediblər. Bundan əlavə, prezidentlər Ukrayna münaqişəsi və bir sıra digər beynəlxalq məsələlərə də toxunublar.

Üçtərəfli görüşdən sonra prezidentlərin bəyanatlarla çıxış edəcəyi gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Həmçinin sammitin sonunda İran və Türkiyə prezidentləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: