Bayden Türkiyəyə F-16 satışına razılıq verdi
ABŞ Prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
«F-16 məsələsi ilə bağlı mövqeyimiz aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir», — deyə Karin Jan-Pyer vurğulayıb.
Qeyd edək ki, Prezident Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu diqqətə çatdırıb.