İşğaldan azad edilən adada Ukrayna bayrağı QALDIRILIBMI?
Zmeyinı adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb.
UNİAN xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.
“Zmeyinı adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və hazırda ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”, — deyə o qeyd edib.
UNİAN-ın xəbər verdiyi kimi, 2022-ci ilin fevralında genişmiqyaslı işğalın ilk günlərində rusiyalı hərbçilər Ukraynanın Qara dənizdəki Zmeyinı adasını ələ keçirmişdilər.
İyunun 30-da isə Rusiya öz qoşunlarının Zmeyinı adasından çıxarılmasını təsdiqləyib.
Başqa bir mənbə isə bu faktı təkzib edib. Zmeyni adasında Ukrayna bayrağı qaldırılmayıb, sadəcə helikopterdən atılıb.
Bu sözləri Ukraynanın müdafiə qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk bildirib.
“Bayraq helikopterlə adaya gətirilib. Qoşunlar gəldikdən sonra ucaldılacaq. Bayrağın ucaldılması ilə bağlı sözlərimi isə metaforik şəkildə anlamaq gərəkdir. Heç kim adaya enməyib. Ona görə də kim bayrağı asacaq?! Media üçün fotolara görə insanların həyatı ilə heç kim risk etməyəcək”, — deyə o bildirib.