01.07.2025

Polis qaraqalpaqlıların aksiyasını dağıtdı

Özbəkistan Daxili İşlər Nazirliyi Qaraqalpaq vilayətinin mərkəzi Nukus şəhərində qanunsuz aksiyanın qarşısının alınması ilə bağlı məlumat yayıb.

Məlumatda artıq asayişin bərpa olunduğu bildirilir.

Qeyd olunur ki, iyulun birində saat 15.00-dan başlayaraq Qaraqalpaqstanın bəzi sakinləri respublikada keçirilən konstitusiya islahatlarının yanlış təfsir edilməsi səbəbindən Nukus şəhərində yürüş təşkil ediblər. Bunun ardınca onlar kəndli bazarına yığışaraq qanunsuz nümayiş keçiriblər. İctimai asayişin bərpa olunması və qanun pozuntusunun qarşısını almaq üçün bazara hüquq-mühafizə orqanlarının şəxsi heyət və texnikası cəlb olunub. Hazırda şəhərdə ictimai asayiş bərpa olunub.

Qeyd edək ki, Qaraqalpaqstan Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraaqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

Çərşənbə günü keçiridiyi iclasda Özbəkistan Mərkəzi Seçki Komissiyası konstitusiyaya düzəlişlə bağlı referenduma dair məsələni müzakirə edib. 1992-ci ildə qəbul edilmiş hazırki Əsas Qanuna iki yüzədək dəyişiklik təklif edilib. Yeni layihəyə görə, Qaraqalpaqstanın referendum yolu ilə Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddə konstitusiyadan çıxarılır.


Mənbə: Teleqraf.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: