Prezident TƏBİB-ə yeni səlahiyyət verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyəti artırılıb.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərman”ında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə aşağıdakı səlahiyyət verilib:
bu Fərmana əsasən, yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;
– tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etsin.
Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.