29.03.2024

Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)…

Düşmənə qarşı döyüşən, ölkə qanuna uyğun torpaq alan müharibə əlillərini dələduz adlandıran, düşmən kilsələrinə pulsuz qaz verən, oğurluğun dünya simvoluna çevirilmiş, oğlunun başına qapaz vurub 2 milyon dollarlıq saatı alınan SOCAR rəhbərinə görəsən hansı ayama uyğun gəlir?

Rəsmi mövqelərə diqqət yetirək.

Fedai.az SOCAR-ın «Report» vasitəsiylə yaydıığı məlumata diqqət yetirək: «Aparılmış araşdırmadan məlum olub ki, bəzi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus neft boru kəmərlərinin mühafizə zolağında qanunsuz «gecəqondu” tikinti işlərini aparmağa cəhd göstəriblər. Mühafizəçilər tərəfindən xəbərdarlıq edilən həmin şəxslər qanunsuz əməllərini davam etdirməyə nail olmaq üçün tikintiyə heç bir aidiyyəti olmayan və özünü müharibə veteranı kimi təqdim edən bir qrup şəxsi tikinti yerinə gətiriblər. Müharibə veteranı kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətindən sui-istifadə edən həmin adamlar onları dövlət mühafizə orqanları ilə qarşıdurmaya təhrik ediblər…

…Sentyabrın 28-də mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə inşa işlərinin davam etdirildiyini aşkar etdikləri üçün bir daha tikinti işlərinin dayandırılması barədə vətəndaşa xəbərdarlıq ediblər. Lakin həmin vaxt tikinti işlərinin aparıldığı əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən 10-15 nəfər şəxs fırıldaqçıların təhriki ilə mühafizə komandasının əməkdaşlarına hücum edərək, qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, atıcı İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə onlara müxtəlif bədən xəsarətləri yetirilib».

Hadisə yerinə çağırılmış hüquq mühafizə orqanları hadisəyə peşəkarcasına müdaxilə etmiş və ilkin məlumat yaymışdır. Məlumatda deyilir:

«Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb.”

Məlumatda deyilir: «Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar:

«Hadisə nəticəsində S. Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir».

SOCAR-ın bəyanatından onun vətəndaşlara, həmçinin imtiyazlı bir sosial təbəqəyə göstərdiyi qeyri-insani münasibətin, o cümlədən Bələdiyyə sənədi olan bir şəxsə qarşı törətdiyi cinayət əməlini bir daha təsdiqləyir. Bu yarıtmaz Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsi adlı qurumun, hüquq və qanun tanımaz əməkdaşlarının ərazidə olmayan kəmıri mühafizə etmələrinin tək səbəbi torpaq satıb pul qazanmaq olması, tikilən evlərdən rüşvət, haqq tələb edilməsiylə bağlıdır. Bunu bütün Bakı əhalisi çox gözəl bilir. Bizi nefti bay etməklə 9 milyardlıq borca soxan SOCAR Bələdiyyələrdən çox torpaq satmasını «yeməklə doymayıb, qazan dibi yalamaq» kimi yozmaq olar.Qanunun tələbiylə torpaq sahəsi almış müharibə əlili «dələduzdursa», bunca çatışmazlıqlara imza atmış bir qurumun adını necə qoyaq? Çox güman ki, ölkə rəhbərliyi bu adı tezliklə müəyyən edəcək.

Məsələ ilə bağlı AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri Abbas Hüseynova müraciət etdik. Olayı şərh edən Abbas Hüseynli dedi: «Sosial şəbəkələrdən 28 sentyabr 2019-cu il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ müharibəsində qazi olmuş Sərxan Musayevin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus mühafizə zolağında fərdi yaşayış evi tikmək üçün bünövrə işləri aparması bildirilir. Bu zaman S. Musayevin həmin Şirkətin Neft Kəmərlərinin Mühafizəsi İdarəsinin əməkdaşlarının zorakılığına məruz qalması və nəticədə bir qrup Qarabağ Qazisinin şirkət əməkdaşlarını həmin ərazidən qovmaları göstərilmişdir. Orada həm də polis əməkdaşları və onlara aid avtomaşınında görüntüləri aşkar olunur.

Həmin kadrlara baxdıqda Qarabağ Qazilərinin öz qazi yoldaşını müdafiə etmələrinin şahidi oluruq. Şirkətin əməkdaşlarının isə həmin əraziyə gəlmələrinin məqsədi tam şəkildə özünü göstərmir. Əgər Şirkət əməkdaşları özbaşına ərazini zəbt etmiş Sərxan Məmmədovun hərəkətlərinə son qoyulmasını istəyirdilərsə, onlar bu barədə ona xəbərdarlıq etməli, xəbərdarlığa əməl edilmədikdə isə bu hadisə barədə hüquqi mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etməli idilər. Bütün bunlara baxmayraraq Şirkət əməkdaşları özbaşınalığa yol verərək məhkəmə müstəvisində həll ediləsi məsələni özlərinin özbaşına icra etmələri aydın olur. Bu hərəkətə görə Şirkət əməkdaşları Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin tələblərini pozmuş olurlar. Həmin maddədə göstərilir: «Özbaşınalıq, yəni qanunla və ya digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər-hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda».

Bu hadisə zamanı isə Qarabağ qazisinin özünün və tanışı Əhməd Sultanəhmədovun və şirkət əməkdaşlarının xəsarət almaları göstərilmişdir. Bunlardan başqa çoxsaylı şirkət əməkdaşlarını həmin əraziyə, qeyd edilən tikintini aparan şəxsə fiziki güc tətbiq etmək və tikintini dağıtmaq üçün göndərmiş Şirkətin vəzifəli şəxsinin əməlində Azərbaycan Respublikası CM-nin 308.1 maddəsinin əlamətlərinin olmasını görürük.

Sosiai şəbəkələrdən görünür ki, S. Musayevin Dövlət Neft Şirkətinə məxsus qanunsuz «tikinti işləri aparması» iddia olunan ərazidə, çoxsaylı fərdi yaşayış evləri tikilmiş və ora böyük bir qəsəbəyə dönmüşdür. Onda sual ortaya çıxır ki, orada fərdi yaşayış evləri tikən şəxslərə kimlər və nəyin hesabına fərdi yaşayış evləri tikilməsinə icazə vermişlər?

Məlumat üçün onu bildirirəm ki, Dövlət Neft Şirkətinə məxsus Bakı şəhərininin bəzi rayonlarının ərazilərində torpaq sahələri vardır. Həmin ərazilərin çoxunda şirkətlərə məxsus ticarət mərkəzləri, tikilmiş və fiziki şəxslər isə həmin ərazilərdə fərdi yaşayış evləri tikmişlər. Mən bir hüquqşunas kimi deyə bilərəm ki, həmin ərazilərin Dövlət Neft Şirkətindən alınıb vətəndaşların istifadəsinə verilməsi çox çətin və deyərdim ki, mümkün olmayan haldır. Buna baxmayararaq vətəndaşlar artıq həmin ərazilərdə 10-20 illərdi ki, demək olar, mülkiyyət hüqüqu olmayan sənədlərlə yaşayırlar. Onlar hər gün səksəkəli vəziyyətdədirlər ki, əzab-əziyyətlə tikdirdiyi evləri nə vaxtsa Şirkət qoçuları sökə bilər və ya məhkəmələr onların həmin ərazilərdən çıxarılmaları barədə qərar çıxara bilərlər. Mənə elə gəlir ki, vətəndaşların hüquqları müdafiə olunmalı, onların tikdirdiyi yaşayış evləri və torpaq sahələri dövlət qeydiyyatına alınaraq onlara mülkiyyət huququ verən sənədlər paylanmalıdır.

Şirkət rəhbərliyi Qazi qardaşımızın fərdi yaşayış evi tikməsinin qarşısını almaq deyil, ona kömək etməli idi. Belə ki, S. Musayev Qarabağ torpağı uğrunda gedən döyüşlərdə qazi olmuşdur. Onun Azərbaycan Respublikasında həm torpaq sahəsi, həm avtomobili olmalı, həm də ailəsini yaxşı dolandırması təmin edilməlidir. Biz, Qarabağ veteranları, S. Musayevin həmişə yanındayıq».

AVMVİB hadisəyə ilkin reaksiya vermiş və olayla bağlı rəsmi orqanların tədbir görmələrini istəyir. Çünki son günlər hansısa gizli bir əlin, ölkıdə məlum eloktoratı hökumətə qarşıqaldırmağa çalışırlar. Daha bir hadisə isə Siyəzən rayonunda İcra Hakimiyyəti Bşçısı Novruz Novruzovun veteranların qərargahına «gözü düşməsi» ilə bağlıdır. Dövlət başçısına müraciət edilmiş və geniş araşdırma yazısı hazırlanmaqdadır. İnanırıq ki, aidiyyatlı orqanlar bu faktları diqqətdə saxlayacaq.

Mövzuya qayıdacağıq.
P.S. SOCAR əməkdaşlarının əməlləri tam cinayət tərkiblidir. Belə çıxır ki, saat qalmaqlından salamat qurtulan Rövnəq Abdullayev dövlət içərisində öz dövlətini qurub və «dərəbəylik» yaratmaq istəyir. İnanırıq ki, aidiyyatlı orqanlar öz sözünü deyəcəkdir…

AVMVİB Mətbuat Xidməti

Erməni kilsəsinə pulsuz qaz, Qaziyə zopa (PAZ!!!)...
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: