21.11.2024

Köçəryanın mitinqə cangüdənlərlə gələn oğlu həbs edildi — Video

Bu gün səhər saatlarında İrəvanda küçələrə çıxan və yolları bağlamağa çalışan “Müqavimət Hərəkatının” 155 iştirakçısı həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən “Armenia Today”ə bildiriblər.

Hərəkatın liderlərindən biri, erməni parlamentinin vitse-spikeri İşxan Saqatelyanın sözlərinə görə, çox sayda etirazçı saxlanıldığından polis idarələrində kifayət qədər yer yoxdur. Onun sözlərinə görə, polis idarəsinə gətirilənlərin çoxu şöbələrə aparılmır, yol boyu buraxılır.

Saxlanılanlar arasında əli Azərbaycan və erməni xalqının qanına batmış sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan da var. O, həbs edilməzdən əvvəl «Facebook»da canlı yayıma çıxıb.

“Bizi sürüklədilər, onlar bunu kobud və həyasızcasına etməyə çalışdılar. Cavab sizi gözlətməyəcək”,- Levon Köçəryan polisi nəzərdə tutaraq deyib.

Daha sonra bildirib ki, onu Erebuni polis şöbəsinə aparırlar.

Qeyd edək ki, bu gün səhər saat 08:00-dan revanşistlər İrəvanda etiraz aksiyaları keçirir. Yollar qısa müddətə bağlanıb, daha sonra polisin səyi ilə nəqliyyatın hərəkəti bərpa edilib.

“Ermənistan” blokunun nümayəndəsi Arsen Babayanın sözlərinə görə, bu dəqiqə “Vətən” partiyasının nümayəndələri, partiyanın baş katibi Xaçik Qalstyan, partiyanın mətbuat katibi Sos Akopyan, David Baghdadaryan, Azat Zakaryan və bir çox başqa partiya üzvləri saxlanılıb.

Həmçinin polis eks-deputatlar Naira Zöhrabyan və Armen Aşotyan da məhkəmə qarşısına çıxarır.

Qeyd edək ki, Saqatelyan insanları aksiyaları dayandırmağa və bu gün saat 19:00-da Fransa meydanına mitinqə toplaşmağa çağırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: