Ərdoğanın çıxışı Qərbi silkələdi: Türkiyə razılıq verməsə…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsveç və Finlandiya ilə bağlı prosesləri təqib edirik, amma bu barədə düşüncəmiz müsbət deyil” fikirləri Qərb mediasında müzakirələrə yol açıb.
Metbuat.az xəbər verir ki, İsveçin nüfuzlu “Expressen” portalı Ərdoğanın açıqlamasını “Türkiyə İsveçin NATO-ya üzv olmasını istəmir”başlığı ilə oxucularına çatdırıb. Finlandiya mediası isə yazır ki, Türkiyənin bu məsələyə qarşı çıxması ölkənin NATO-ya üzv olmasına ciddi əngəl yaradacaq. İngiltərənin “Reuters” agentliyi də Ərdoğanın çıxışına geniş yer verib.
“Bloomberg”də Türkiyə liderinin çıxışını “Ərdoğan Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət baxmadığını dedi” başlığı ilə dərc edib
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanı misal çəkərək Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yaşanmadıqlarını ifadə edib:
“Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik”.
Qeyd edək ki, NATO-ya yeni üzvün qoşulmasının əsas şərtlərindən biri də bütün üzvlərin razılığının olmasıdır.