Moskvada parad keçirilir

Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Paradda Rusiya Prezidenti Vladimir Putin, ölkənin hərbi rəhbərliyi və digər vəzifəli şəxslər iştirak edirlər.
Qeyd edək ki, bu il təşkil olunan hərbi parada xarici ölkə liderləri dəvət olunmayıb.
Mexanikləşdirilmiş kolonnaya yüksək mühafizə olunan “Tayfun” maşınları, BMP-2, BMP-3, Kurqanets-25 piyada döyüş maşınları, T-72BZM, T-90M «Прорыв», T-14 Armata tankları, “İskəndər” raket və artilleriya silahları daxildir. Meta-S, MLRS «Tornado-G», hava hücumundan müdafiə «Tor-M2», «Buk-MZ», «S-400 Triumf», hava-desant qoşunlarının texnikası, strateji təyinatlı raket qoşunları, «Uran-9» texniki robot kompleksləri görüntülənib.


