09.05.2025

Corc Buş Zelenskini “zəmanəmizin Uinston Çörçili” adlandırıb

ABŞ-ın 43-cü prezidenti Corc Buş öz “İnstaqram” səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskini “zəmanəmizin Uinston Çörçili” adlandırıb.

“Bu səhər prezident Zelenski – zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum. Prezidentə liderliyinə, göstərdiyi nümunəyə və azadlıq uğrunda mübarizəyə sadiqliyinə görə təşəkkür etdim və Ukrayna xalqının cəsarətini alqışladım.

Prezident Zelenski məni əmin etdi ki, onlar Putinin barbarlığı və quldurluğuna qarşı mübarizədən geri çəkilməyəcəklər. Amerikalılar onların mətanətindən və dözümlülüyündən ruhlanırlar. Biz öz azadlıqlarını müdafiə edən ukraynalıları dəstəkləməyə davam edəcəyik”, -deyə Buş yazıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: