21.11.2024

Conson: Ukrayna ilə bağlı eyni səhvi təkrarlaya bilmərik!

Ukrayna daha əvvəllər də işğal edildi. Həqiqət budur ki, 2014-cü ildə Krım Ukraynadan qanunsuz şəkildə alınarkən və Donbasda müharibə başlayanda biz nə baş verdiyini anlamaqda çox gecikdik.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

«O vaxt biz Vladimir Putinə qarşı kütləvi şəkildə tətbiq etməli olduğumuz sanksiyaları həyata keçirməyi bacarmadıq. Eyni səhvi bir daha təkrarlaya bilmərik”, — Conson bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: