14.12.2024

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb.

MilliYol.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 ABŞ dolları və ya 0,58% artaraq, 107,34 dollar təşkil edib.

Dünən “Brent” markalı neftin bir bareli 104,95 ABŞ dolları olub.

Xatırladaq ki, «Azeri Light» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: