Ərdoğan Zelenski ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə hökuməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə vəziyyətin gündən-günə daha da çətinləşdiyi Mariupolda yaralıların və mülki şəxslərin təxliyəsinin təmin edilməli olduğunu bildirib.
Əllərindən gələn hər cür yardımı göstərməyə və vasitəçilik də daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduqlarını ifadə edən Ərdoğan Ukraynanın təhlükəsizliyininə zəmanət məsələsinə də prinsipial olaraq müsbət baxdıqlarını dilə gətirib.