934 yaşayış məntəqəsi azad olunub – Zelenski

Bu günə qədər 934 yaşayış məntəqəsi işğaldan azad edilib.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Azad edilən yaşayış məntəqələrindən 435-də polis, 431-də yerli özünüidarəetmə və icra orqanları öz fəaliyyətini bərpa edib. 361 yaşayış məntəqəsində humanitar qərargahlar işə başlayıb”, – Zelenski qeyd edib.
Zelenski bildirib ki, Rusiya genişmiqyaslı hücum sayəsində kiçik də olsa, uğur qazanmağa çalışır.