Bəşəriyyətə qarşı Qaradağlı cinayəti — VİDEO

Bu kadrlar «köçkünlər döyüşmədi»-deyənlərə bir cavabdı. Adətən bu sözü qanı pozuq xainlər işlədirlər. Baxın bir elatı əliyalın bir şəkildə düşmənin qarşısında tək qoyanlar utansın.
Qarabağ hamınındır. Orada bu ölkədə yaşayan bütün xalqların da, qurdun da, quşun da haqqı var. Yaxşı baxın və düşünün…
17 fevraı 1992- ci il. Erməni əsgərləri və terror dəstələri tərəfinədən əsir götrülmüş Qaradağlı kənd sakinləri.
1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, 118 kənd sakinindən 54-ü, 14 əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı.
Kəndin 800 nəfər sakinindən 77 nəfər kişi döyüşlərdə şəhid oldu.
Qafqaz Qabil
GizliFAYL
Video görüntü ermənilər tərəfindən çəkilib.