27.07.2024

Azərbaycan ukraynalılara növbəti humanitar yardım göndərir

Azərbaycan ukraynalılara növbəti dəfə humanitar yardım ayırıb.

“Qafqazinfo” xəbər verir ki, humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.

Hazırda humanitar yardım Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara göndərilir. 

Qeyd edək ki, bu, Azərbaycandan müharibədən əziyyət çəkən ölkəyə göndərilən sayca 3-cü humanitar yardımdır. 

Fotolar: Pərvin Zeynal

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: