22.11.2024

Vaşinqton-Moskva gərginliyi Yerevana keçdi — Paşinyan pis duruma düşdü

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani Yerevana gələn həftə planlaşdırılan səfərini ləğv edib.

Veteran.az modern.az-a istinadən xəbər verir ki, “Wasington Post”a danışan keçmiş mer “Avrasiya kontinentinin tranzit potensialı” konfransına qatılmalı idi.

Amma həmin konfransda Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin olacağını bildikdən sonra səfər proqramını ləğv edib.

“Putinin orda olacağını bilmirdim. Yoxsa öncədən bu konfransda iştirakdan imtina edərdim”-deyə Rudolf Culiani qərarını izah edib.

Beləliklə, Yerevan konfransına gələcək yeganə amerikalı dövlət rəsmisi də bundan vaz keçib. Erməni nəşrləri baş nazir Nikol Paşinyanın Moskva –Vaşinqton gərginliyi fonunda çətin duruma düşdüyünü və konfransın nüfuzunun bundan zərər gördüyünü yazır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: