“Qafqaz Qartalı — 2019” təlimi çərçivəsində Xüsusi təyinatlılar terrorçuların binasını «azad etdilər»

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı — 2019” təliminin növbəti mərhələsi icra olunub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat yayıb.
Bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.



Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: