01.07.2025

AVMVİB sədri antiterror əməliyyatlarına başlamağa çağırdı: «Gecikmək üçün vaxtımız qalmayıb»…

AVMVİB sədri Füzuli Rzaquliyev Qarabağ problemini şərh edir.

Qarabağ danışıqları dalana dirənib. Ermənistan tərəfi aşkar BMT və ATƏT Minsk Qrupunun qəbul etdiyi qətnamə və qərarları pozmaqda günbəgün həyasızlaşırlar. Ermənistanın, istər sabiq, istərsə indiki rəhbərliyi mövqelərini sərtləşdirməklə məşğuldurlar. İşğal ərazilərində qanunsuz məskunlaşma, tarixi abidələrin, məzarlıqların vandalcasına dağıdılması, qanunsuz olaraq maddi mədəniyyət abidələrinin arxeoloji qazıntılara məruz qalması, məskunlaşma, narkotranzit, terror qruplarının təlim mərkəzlərinin yaradılması, insan alveri, orqan alveri, mülki şəxslərin Beynəlxalq Konvensiyaya zidd olaraq əsir saxlanması, mülki şəxslərə məxsus əmlakların talan edilməsi və saymaqla bitməyən anti bəşəri anneksiya siyasəti yürütməsi qeyri beynəlxalq qurumların heç bir tədbir görmək niyyətində olmaması ilə müşayət olunmaqdadır. Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasətinə nə vaxt son qoyulacaq?

Bu sualla AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik. F. Rzaquliyev dedi: «Artıq əhali yaxşı anlayır ki, Ermənistan qanla aldığı torpağı, sülh göyərçini uçurtmaqla təhvil verəsi deyil. Biz Atəşkəsin ilk günündən müharibə tərəfdarı olmuşuq və yenə eyni mövqedəyik. Çünki düşmən aşkarcasını və dəfələrlə bəyan edib ki, nəinki bir qarış torpaq verməyəcəyik, hələ həyasızcasına Aprel döyüşləri zamanı azd edilmiş əraziləri geri istəməkdədir. Paşinyan ölkənin 1 saylı təmsilçisi olaraq bəyan etdi ki, Qarabağ Ermənistandır. Bəs o zaman bizim ölkənin Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanla nə barədə danışırlar? Belə çıxır ki, onlar sadəcə bir dost kimi görüşüb növbəti görüş yerlərini müəyyənləşdirirlər. Özgə nəsə varmı? Onsuz da bizim nazir öz dilini bilmir ki, gəlib xalqa bu görüşlər barədə bir məlumat versin. Belə bir məqamda danışıqlardan və o «3 bacı» diplomatiyasından imtina edilməlidir və Qarabağda vaxt itirmədən Antiterror əməliyyatına başlamaq lazımdır. 2 gün ərzində şəhidlərimizin olması düşmənlə sülh danışıqlarına son qoymaq üçün yetərlidir.

Düşmənə qarşı qüvvələrimizi birləşdirməli və Ali Baş Komandanın ətrafında sıx birləşməliyik. Xatırladım ki, Birinci Qarabağ müharibəsinin dərsləri öyrənilməlidir. Düşmən özü etiraf edir ki, müharibənin 60 faizini Azərbaycan daxilindəki erməni-rus kolonunun və bu kolonların əlaltılarının hesabına baş tutdu. Cəbhədə vuruşan hər bir döyüşçü bu xəyanətlərdən xəbərdardır. Bu gün də bu kolon ölkə həyatında çox fəal və üzdədirlər. Bu kolonlar cəmiyyətdən təcrid edilmədən müharibəyə başlamaq olmaz. İlkin hazırlıq bu kolonların «tərk-silah» olunmasından keçməlidir. Çünki Sərqsyan bu kolona arxayınlıqla demişdi ki, biz silah işlətmədən Bakıya gələ bilərik. Nə qədər xainlər aşkar edildi? Bu işi başa çatdırmaq lazımdır. Bütün sahələrdə və ən çətin döyüş meydanlarında biz müharibə veteranları Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə müntəzirik və hər birimiz Qəhrəman Ordumuzla çiyin-çiyinə döyüşlərdə iştirak edəcəyimiz günü gözləməkdəyik. Bu bizim savaşdı. Bu savaşda, qisas günündə öndə olmaq istəyirik.

Bu gün haqqında söz açdığımız kolon ordumuz və müharibə veteranları haqqında antitəbliğat apararaq xalqı təslimçiliyə hazırlamağa çalışırlar. Müharibə veteranları haqqında iftiralar uyduranlara bircə kəlmə deyərdim ki, cəbhədən fərarilik etmələri cəhənnəmə, müharibə zamanı arxa cəbhədə özlərini normal vətəndaş kimi aparıb erməni kolonuna xidmət etməsəydilər, bizlər 5 imperiyanın dizini qırmışdıq.

Müharibədə bu günədək tərəf olan Rusiyaya məxsus o vaxtkı 7-ci ordu, indiki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski bir açıqlamada deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları) bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar. Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız? 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı».

Amma bu gün deyirəm ki, məhz içimizdəki ermənilərə köpəklik edən xainlərin hesabına Vətənimiz bərbad oldu. Bu gün bu yanlışı təkrar etməməliyik. Ölkəyə erməni zaraları, sosoları, filipləri gətirən binamuslar, güya bilmirlər ki, onlar bu addımla onlarla erməni əlaltısını deşifrə ediblər? Artıq xalq, ermənilərə maşalıq edənlərin ciyərlərini oxumaqdadır. Xalqa meydan oxuyan və hər cür xəyanətlərə hazır oan belə satqınların aqibətini bu xalq müəyyən edəcək. Vətən, nə anaya, nə dayıya satılmaz. Erməni ol, amma bu Vətənə xidmət et. Bizim üçün əziz olarsan. Amma Vətənin maraqlarını düşmənə sat və xalqa dirsək göstər. Buna yol vermək artıq ağılsızlıq və şüursuzluqdur».

AVMVİB sədri F. Rzaquliyev, Ordumuzun peşəkarlığı ilə bağlı sorğumuza cavab olaraq dedi: «Bəzi qüvvələr Ordumuza da qara yaxmağa çalışırlar. Bircə faktı deyim ki, real müharibə olarsa, Azərbaycan əsgəri dünyaya, Qafqzda ən güclü olduğunu bir daha sübut edəcək. Yəni Ordumuz həqiqətən ölkə sərhədlərini bərpa etməyə qadirdir. Elə ona görə də Azərbaycan özündə güc tapıb əməliyyatlara başlamalıdır. Qanı qanla yumalıyıq. Kim özgə yol deyirsə, bilin ki, sadəcə vaxt udur. Ermənistana ilk muzdlu legion göndərib bu gün də pulunu verən, qondarma Qarabağın terrorçu rejiminə Parisdə nümayəndəlik açan, işğaldakı şəhərlərimizlə qardaşlaşan Fransamı, qondarma rejimə daim yardımlar edən, qondarma rejimə nümayəndəlik açan ABŞ-mı, yoxsa 102-ci saylı hərbi bazasıyla, 366 -cı polku və Pskov Desant polku, Kazak polku və muzdluları ilə torpaqlarımızı işğal edən, insanlarımızı öldürən, Kazimirovun əliylə, bu qondarma məsələni həlli olmayan problem kimi beynəlxalq aləmə təqdim edən və Moskvada qondarma rejimin nümayəndəliyini açan Rusiyamı problemi həll edəcək? Bunlardan imtina etmək vaxtıdır. Yəni artıq zaman ziyanımıza işləyir. Boş yerə vaxt itirməməliyik».

AVMVIB sədri çoxlarının Rusiyanın bir başa Gürcüstandakı kimi əməliyyatlara müdaxilə edəcəyi fikirlərinə də münasibət bildirdi: «Bu məsələdə fərqli duruçmlar var. Hazırda isə Rusiyanın durumu buna yol vermir. Krım, Donbass hövzəsi, Suriya, Abxaiya, Osetiya və s. kimi münaqişələrdə bir başa iştirakçılığı və sanksiyalara məruz qalması bizim xeyrimizə dəyişən siyasi şərait yaradıb. Rusiya Qarabağ münaqişəsinə 90-cı illərdəki müdaxiləsini hələ də gizli saxlamağa çalışır. Artıq Azərbaycan oturuşmuş bir dövlətdir və regionda aparıcı mövqelərə sahibdir. Rusiyanın birbaşa müdaxiləsi Rusiyanın regiondan tam çıxarılması ilə nəticələnər. Qaldı ki, rus əsgərinə güllə dəymirmi? irinci mərhələdə yüzlərlə rus əsgəri öldürüldü. Bu gün də o əsgərlərin yaxınları axtarmaqdadırlar. Onları Rusiya öz xalqından gizləməkdədir. Bunu hər kəs unutmamalıdır ki, Qarabağsız Azərbaycanın nə gələcəyi, nə də dövlətçiliyi yoxdur. Azərbaycanda kimsə Qarabağın düşmənə təhvil vermək düşüncəsində ola bilməz. Bu bir millət məsələsidir. Qarabağ təkcə qarabağlıların deyil, dünyada yaşayan hər bir azərbaycanlının və həm də Türk dünyasınındır. Kimsə düşünməsin ki, ermənilər zəbt etdikləri torpaqları de yure əldə etməyi bacaracaq. Onlar bu haqqı 1992- ci ildə itiriblər. 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki paktı Azərbaycanı mövcud sərhədlər daxilində tanıyıb və heç bir öz dövlət imicinə hörmət edən dövlət, hətta super güc əks mövqe barədə düşünməsi mümkün deyil. Sadəcə bizim məqsədyönlü şəkildə çalışmamız vacibdir. Sadəcə gecikmədən bütün gücümüzü Qarabağın azadlığına yönəltməliyik. Necə deyərlər, bu gün tezdir, sabah gec. Bu məsələdə, nə gecikmək, nə də tələsmək olmaz. Amma gecikmək üçün vaxtımız qalmayıb»…

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: