18.04.2025

Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu

Əlahiddə Ümumqoşun Orduda Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

Müdafiə Nazirliyindən xəbər verilir ki, tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim olunub.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: