09.05.2025

Rusiyanın daha bir generalı öldürüldü

Ukraynanın Xerson vilayətindəki Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev həlak olub.

Bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.

Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.

«8-ci ordu Luqansk və Donetsk vilayətlərindəki separatçı rejimlərə birbaşa dəstək verməklə məşğuldur», — Arestoviç deyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: