18.10.2024

Rus qoşunları Kiyevdə bir-biri ilə döyüşür

Kiyev vilayətində Severinovka yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşə girib. Nəticədə 9 tank və 4 zirehli transportyor itirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yaydığı məlumatda bildirib.

“Bu dəqiqələrdə Kiyev bölgəsində, Severinovka yaxınlığında, Rusiya qoşunları… elə rus qoşunları ilə döyüşə girib. “Friendly fire” nəticəsində 9 tank və 4 zirehli transportyor məhv edilib. Bu isə bizim 13 Javelin-imizi xilas edib”, – məlumatda deyilir.

Mənbə: Virtualaz.org

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: