18.10.2024

Rusiya ordusu Xersonu İŞĞAL etdi

Rus  ordusu Xersona Ukraynanın Xerson şəhərinə daxil olub. Ukrayna kanalları tərəfindən yayımlanan videoda kiçik bir bölmənin heç bir müqavimətlə qarşılaşmadan Xersonun kənarındakı küçə ilə getdiyi müşahidə olunur.


Ukraynanın cənubunda, Krım yaxınlığında yerləşən Xerson şəhəri demək olar ki, rus qoşunları tərəfindən mühasirəyə alınıb. Bu barədə Ukrayna mediası yazır.


«Şəhər faktiki olaraq mühasirəyə alınıb, hər tərəfdən çoxlu rus əsgərləri və hərbi texnikası var, onlar çıxışlarda postlar qurublar», — Xersonda olan jurnalist Alyona Panina «Ukrayna 24» telekanalının efirində deyib.

Onun sözlərinə görə, 300 minlik əhalisi olan şəhərin mağazaları ərzaq çatışmazlığı ilə üzləşib. Buna səbəb ərzaq anbarlarının şəhərin kənarında yerləşməsidir. 

Jurnalist əlavə edib ki, Xersonda hələlik işıq, su və istilik var.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: