08.09.2024

Şuşada Xocalı qurbanları anıldı

Şuşa şəhərində Xocalı qurbanları anılıb.


APA xəbər verir ki, bu barədə «Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” məlumat yayıb. Məlumatda bildirilib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.


Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhərağa məscidinin qarşında baş tutub.

Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: