21.11.2024

Ukrayna DİN ölən və yaralananlarla bağlı yeni məlumat yaydı

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın hücumu nəticəsində ölən və yaralananlarla bağlı yeni məlumat yayıb.


Qaynarinfo xəbər verir ki, indiyədək 8 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko çıxış edib.

Bu haqda «Qordon”un gətirdiyi sitatda deyilir: «Artıq Ukrayna ərazisinə minlərlə raket və mərmi atılıb. Onlarla, hətta yüzlərlə ukraynalı artıq həlak olub. Daha minlərlə olacaq”, — o Facebook-da yazıb.

Geraşşenko videomüraciətində ukraynalıları rusiyalılara müraciət etməyə və «susmamağı” tələb etməyə çağırıb. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: