22.10.2024

Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. 

Bu barədə TRT məlumat yayıb. Tərəflər NATO-Türkiyə münasibətləri və regional məsələləri müzakirə ediblər. 

Ərdoğan Stoltenberqə Türkiyənin alyans daxilində müxtəlif platformalarda əvəzsiz mövqeyini daim vurğuladığı üçün təşəkkür edib. Türkiyənin ilk gündən prinsipial və məsuliyyətli mövqe tutduğunu Ərdoğan Rusiya və Ukrayna kontekstində davam edən böhranın aradan qaldırılması istiqamərtində ölkəsinin diplomatik səylər göstərdiyini vurğulayıb. 

«Ankara hər iki tərəflə rəhbərlik səviyyəsində zirvə və ya texniki səviyyədə danışıqlara məmnuniyyətlə ev sahibliyi edə bilər», — Türkiyə lideri söyləyib.

Mənbə: Report

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: