21.11.2024

UKRAYNA HAVA MƏKANINI BAĞLAYIB? — Kiyevdən rəsmi açıqlama

Ukraynanın İnfrastruktur Nazirliyi Ukrayna üzərində hava məkanının bağlanması ilə bağlı məlumatı təkzib edib. Müvafiq bəyanat idarənin Facebook səhifəsində yerləşdirilib.

«Ukrayna üzərində hava məkanı açıq qalır. Dövlət hava daşıyıcıları üçün risk xəbərdarlığı üzərində işləyir. Ukrayna hava məkanının bağlanması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hava məkanının bağlanması Ukraynanın suveren hüququdur, bununla bağlı heç bir qərar qəbul edilməyib», — nazirlikdən bildiriblər.

Nazirliyin məlumatında qeyd edilir ki, əksər aviaşirkətlər məhdudiyyətsiz fəaliyyətlərini davam etdirirlər.

Nazirlik sığorta bazarı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib: «Bəzi daşıyıcıların sığorta bazarlarında baş verən dalğalanmalarla bağlı çətinlikləri var. Dövlət də öz növbəsində aviadaşıyıcıları dəstəkləməyə hazırdır və aviasiya bazarının dəstəklənməsi üçün əlavə maliyyə təminatları verməyi planlaşdırır».

Mənbə: Qafqazmedia

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: