21.11.2024

Latviyalı diplomatların ailələri Ukraynanı tərk etdi

Latviyanın Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələri ölkəni tərk ediblər.

Bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Tvitter səhifəsində məlumat verib.

«Səfirlik işçilərinin ailə üzvləri olan latviyalılar Ukraynanı tərk ediblər. Bununla belə, Kiyevdəki səfirlik fəaliyyətini davam etdirir».

Nazir eyni zamanda ölkə vətəndaşlarını bir daha Ukraynaya getməməyə, Ukraynada olanları isə tez bir zamanda oranı tərk etməyə çağırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: