14.12.2024

Hər iki ayağını itirən qazimiz maşın sürməyə başladı

Vətən müharibəsində yaralanaraq hər iki qıçını itirən qazi Camal Alxasov avtomobil idarə etməyə başlayıb.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, onun avtomobili idarə edərkən lentə alınmış görüntüləri hər kəsin marağına səbəb olub.

Qazimizin avtomobili sükan arxasında rahat və təhlükəsiz idarə edə bilməsi üçün nəqliyyat vasitəsinin bəzi konstruksiyalarında dəyişiklik edilib.

Belə ki, avtomobilin qaz və əyləc funksiyaları sürət qutusunun yaxınlığında yerləşdirilib. Bununla da ayaqları olmayan sürücünün qeyd olunan funksiyaları əl ilə idarə edə bilməsi üçün texniki imkanlar yaradılıb.

Qeyd edək ki, qazimiz C.Alxasov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: