21.11.2024

NATO baş katibi Ərdoğana təşəkkür etdi

NATO Baş katibi Yens Stoltenberqlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Stoltenberq bu barədə öz sosial media hesabında paylaşım edib.


Stoltenberq bildirib ki, tərəflər Rusiyanın hərbi qüvvələrini Ukrayna ətrafında yerləşdirilməsini müzakirə ediblər:


«Ərdoğana fəal dəstəyinə və siyasi həllin tapılmasında şəxsi iştirakına görə təşəkkür etdim. Biz Türkiyənin Ukraynaya güclü dəstəyini alqışlayırıq. NATO hər zaman dialoqa hazırdır». 

Mənbə: Axar.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: