21.11.2024

Bu, ABŞ ordusu üçün intihar olacaq — Ritter

Members of the U.S. Army 173rd Airborne Brigade practice during the combined Lithuanian-U.S. training exercise at the Gaiziunai Training Area some 110 kms (69 miles) west of the capital Vilnius Lithuania, Tuesday, July 7, 2015. (AP Photo/Mindaugas Kulbis)

Ukrayna naminə Rusiyaya qarşı müharibədə iştirak Amerika ordusu üçün intihar olardı.

Axar.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter öz məqaləsində yazıb.

O qeyd edib ki, Ukrayna NATO-ya qəbul olsa, nizamnamənin beşinci maddəsinə uyğun olaraq, alyans Kiyevi qorumağa məcbur olacaq:

«Blok postsovet respublikasını öz çətiri altına almağa məcburdur. Orada hava hücumundan müdafiə qüvvələrini, döyüş qruplarını və aviasiyanı yerləşdirəcək. Ukrayna Krımın işğalına görə Rusiya ilə hibrid müharibəyə başlayacaq. Bu halda Rusiya cavab vermək məcburiyyətində qalacaq və bu, alyansı silahlı münaqişəyə sürükləyəcək. Bir vaxtlar Sovet ordusu ilə döyüşmək üçün təlim keçmiş biri kimi deyə bilərəm ki, Rusiya ilə müharibə olsa, ABŞ ordusu bu günədək heç vaxt üzləşmədiyi halla qarşılaşacaq».

Kəşfiyyatçı bildirib ki, ABŞ ordusu tam təşkilatlanmayıb və Rusiya ilə hipotetik müharibəyə hazır deyil. Bundan əlavə, Amerika doktrinası genişmiqyaslı silahlı münaqişədə iştirakı nəzərdə tutmur.

Zabit xəbərdarlıq edib ki, Rusiya ilə adi müharibə ABŞ ordusu üçün görünməmiş məğlubiyyət deməkdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: