Putin Münhen Təhlükəsizlik Konfransında iştirakdan İMTİNA ETDİ
Rusiya prezidenti Vladimir Putin bu il Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcək.
Modern.az-ın məlumatına görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Tədbir iki ildən sonra ilk dəfə 18-20 fevral 2022-ci il tarixlərində keçirilməlidir. Rusiya liderinin qrafikində belə bir tədbirin olub-olmadığı ilə bağlı suala Peskov mənfi cavab verib.
Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən bəri hər il keçirilir. İlk 30 ildə burada əsasən Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələrinin, 1990-cı illərdən Rusiya, Çin, Yaponiya, Hindistan və digər dövlətlərin nümayəndələri iştirak edirdilər.
Putin 2007-ci ildə Münhendə çıxış edərək ABŞ-ın xarici siyasətini və birqütblü dünya nizamı ideyalarını sərt tənqid etmişdi. Bundan sonra Rusiya prezidenti NATO-nun genişləndirilməsi və Şərqi Avropada Amerikanın raket əleyhinə müdafiə qurğularının yerləşdirilməsi planlarına qəti şəkildə qarşı çıxıb.