08.09.2024

Baqirinin dediyinə görə, Qarabağın azad edilməsi Xameneyini sevindirib

Qarabağın azad edilməsi Xameneyini sevindirib.

Veteran.az virtualaz.org-a istinadən məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov çərşənbə axşamı, yanvarın 25-də İrana səfər edib. O, səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri ilə görüşüb. Bu barədə İRNA xəbər verir.

Baqiri görüş zamanı bildirib ki, İran və Azərbaycanın tarix, din və dil baxımından çoxlu ortaq cəhətləri var.

“İran İslam Respublikasının siyasəti qonşularla əlaqələri inkişaf etdirməkdir. Biz Azərbaycanla daha sıx münasibətlər qurmağa çalışırıq”, — deyən Baş Qərargah rəisi Zakir Həsənovun Tehrana səfərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsət olacağına ümid etdiyini bildirib.

General Baqiri İranın istənilən işğala qarşı olduğunu da vurğulayıb.

“Otuz ildən sonra Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi İslam İnqilabının Ali Rəhbərini və bütün İran xalqını sevindirib”, — deyə o əlavə edib ki, İran Azərbaycanın ərazi bütövlüyünə öz ərazi bütövlüyünə kimi yanaşır.

Mənbə: Virtualaz.org

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: