08.09.2024

Qarabağda yeni müharibə qaçılmzdır, əgər… — Ara Vardanyan

«Azərbaycan tərəfinin dedikləri ilə Ermənistan razılaşmasa, bu dəfə də müharibə baş verəcək. Amma bu müharibə daha qısamüddətli olacaq».

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın ictimai rəy liderlərindən olan politoloq Ara Vardanyan deyib. 

Ara Vardanyanın sözlərinə görə, Azərbaycan artıq diktə edən tərəfdir:

«Əgər Nikol Paşinyan hökuməti Bakıdan edilən çağırışlara məhəl qoymasa, qısamüddətli müharibə qaçılmazdır. Əsas hücum istiqaməti çox güman ki, Zəngəzur bölgəsi olacaq. Bu da o deməkdir ki, «vaxt uzatma» ilə Paşinyan heç nəyə nail ola bilməyəcək və kommunikasiyaların açılması ilə razılaşacaq. İran və Rusiya amili bizə dəstək verə bilər, amma Türkiyə Azərbaycanla birgə hərəkət edəcək. İndi nəticəni özünüz təsəvvür edin».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: