Qazaxıstanda hökumət üzvləri etirazçılarla danışıqlara başladı
Qazaxıstanın hökumət nümayəndələri Manqistau əyalətində qaz qiymətinin endirilməsi və ictimai təhlükəsizliyin bərpasını tələb edən vətəndaşların təşəbbüs qrupu ilə görüş keçiriblər.
Bu barədə “Xəbər 24” məlumat yayıb.
“İştirakçılar situasiyanın yoluna qoyulması, ictimai təhlükəsizliyin qorunmasını müzakirə edirlər”, — deyə bildirilib.
Mənbə: Buta.ws