21.11.2024

Avronun üzərində bu iki türkün fotosu yer ala bilər — FOTO

Avropa Parlamentinin üzvü, millət vəkili Moritz Körner, koronavirusa qarşı peyvənd hazırlayan “BioNTech” biotexnologiya şirkətinin qurucuları Prof. Dr. Uğur Şahin və həyat yoldaşı Dr. Özlem Türecinin şəkillərinin avro əskinaslarına yerləşdirilməsini təklif edib.

Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniya Azad Demokratik Partiyasından (FPD) olan siyasətçi Moritz Körner, “Welt am Sonntag” qəzetinə açıqlamasında, “BioNTech” şirkətinin qurucuları kimi mühüm avropalı şəxsiyyətlərin yeni avro əskinaslarında yer almalı olduğunu deyib:

«Onların (Uğur Şahin və Özlem Türeci) işləri milyonlarla avropalının həyatını xilas etdi»,- deyə o söyləyib.

Qeyd edək ki, 20-ci ildönümündə avro əskinaslarının yenidən dizaynı tələb olunur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: