
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.
Veteran xəbər verir ki, Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.
Azərbaycan Respublikası Prezidentinin 218-ci Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunub.
Təqdimatda deyilir:
«Əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı.
Bakı şəhəri, 1 oktyabr 2021-ci il”.
