01.07.2025

Libaridyan İrəvanda: Ankaranın şərtləri qəbul edilir?

Onun hakim fraksiya ilə görüşməsi Türkiyənin ilkin şərtlərinin Ermənistan üçün məqbul olduğuna dair mesajdır.

Bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan hakim partiyanın deputatlarının Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Libaridyanla görüşü haqda məlumatları şərh edərkən deyib.

“Libaridyan açıq şəkildə bəyan edib ki, Türkiyənin bütün ilkin şərtləri — Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının dövlət səviyyəsində rədd edilməsi, Zəngəzur dəhlizinin Azərbaycana verilməsi İrəvan tərəfindən təmin edilməlidir”, — Tevanyan vurğulayıb.

Qeyd edək ki, erməni mediasında 76 yaşlı siyasətçinin Mülki Müqavilə fraksiyası ilə görüşdə bu təklifləri irəli sürdüyü bildirilmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: