İmişlini «satın alıb, qonşu ərazilərin behini verən» köhnəliyin təzə başçısı…
Müraciət edən veterana şillələmək xoxu gələn, «… yedirən» və 5 sutka «laylayla» iş verdirən köhnəliyin təzə üslublu Başçısı Elçin Rzayev tutduğu vəzifədən azad edlməlidir…
Bu adama 5-ci kolonmu, yaxud da Ramiz Mehdiyev məktəbinin yetirməsimi deyək. Bilinən odur ki, belə başçıları ən yaxşı Vətən müharibəsinin qaziləri və veteranları tanıyırlar. Onlar düşmənə güllə atanlara dərin nifrət hissləri ilə bir-birinə oxşayırlar. Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra rayonda gördüyü tək iş, özündən qabaq korrupsioner kimi tanınan və həbsdə olan sabiq başçı Vilyam Hacıyevin bütün rəhmətə gedənlərinə dua etdirmək planını yerinə yetirdib.
Üstəlik özünü Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu kimi təqdim edərək, şikayətlərə baxılmayacağı barədə informasiyalar yaydırıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini işləmiş Elçin Rzayevə bildirmək istəyirik ki, həbsindən az öncə sələfi də, məhz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovla eyni əda ilə müharibəyə başlamışdı. Rayon Vilyam bəlasından qurtarmağına tam sevinməmiş bir yeni bəlaya urcah olub: Elçin Rzayev bəlası.
İlk iş yerindən yaranan instinktə uyğun olaraq hər yerə obyekt kimi baxmaq şakəri olan Elçin Rzayevə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı söylədiyi fikirləri xatırlatmaq istərdik: «Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirilir»…
Biz Sizə inanırıq, Komandanımız, amma Siz də bizə inanın ki, bu xalqa xidmət üçün başçı təyin etdiyiniz Elçin Rzayev 84 minlik veteranı öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri, müharibə veteranı Taleh Tapdıqov şəhid ailələri və Vətən müharibəsi qazilərinin qaldırdığı problemləri rayon rəhbərliyinə çatdırmaq üçün Elçin Rzayevin qəbuluna gedib. Qəbul etməməsi bir yana qalsın, onun «İcra Hakimiyyəti» adlı «obyekrinə» gəlmiş Taleh Tapdıqovu kpridorda görüb, sillələməklə hədələyib və «poxunu ye» (ifadə Elçin müəllimin leksikonuna aid olsa da, ifadəyə görə üzr istəyirik-red.) deyərək təhdid və təhqir etmiş, üstəlik dediyi ifadələrə adekvat cavab almasından qeyzlənən «obyekt sahibi» olan bu həzrət, polisə şikayət edib müharibə veteranının 5 sutka da həbsinə məhkəmə «fərman» verdirib. Bax buna işləmək deyirlər. Veterana «iş verib», «yemək verib» və yatmağa yer də verib.
Cənab Ali Baş Komandan! Sizin göstərişlərinizi, ya bu şəxs oxumayıb, ya da anlamayıbdır. Ya da ki, Sizin «Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı» sözlərinizi, nədənsə başçı özünə şamil edib. Özgə cür bir yozum tapa bilmirik. İmişli rayonunu qısa vaxta boğaza yığan bir Başçı barədə ciddi ölçü götürülməlidir. Qazilərin neqativ münasibətə görə ilk etiraz səsini İmişlidə (may 2021-ci il) qaldırması həyacan təbili çalmaq üçün əsas verir (Videonu əlavə edirik — red.).
Müharibə veteranını nalayiq küçə söyüşüylə təhqir edən, şillələməklə təhdid edən Elçin Rzayev kimi şəxslər Sizin reputasiyanıza, yüksək reytinqinizə kimlərinsə sifarişiylə zərbə vurmağa çalışır. Biz dəfələrlə yazmışıq və yenə təkrarən yazırıq. Müharibədə düşmənə qarşı döyüşmüş veterana nifrət bəsləyənlərin bizim xalqa dəxli yoxdur və onların əməlləri, mənsubiyyətləri dərhal araşdırılmalıdır.
Qısa vaxtda rayonda törətdiyi korrupsiya əməlləri və qanunsuzluqlar barədə silsilə yazıları diqqətinizə çatdıracağıq.
Ali Baş Komandanımız, biz yalnız Sizə inanır və bu cür pozucu əməllərə qarşı «Dəmir yumruğun» zərbəsinin bu cür məmurların başına enəcəyi günü gözləyirik. Sizin əsgərinizə bu cür yanaşan bir şəxsin məsul vəzifədə saxlanması bütün döyüşçülərin təhqir olunmasıdır.
P.S. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) baş vermiş bu biyabırçı, məmur adına yaraşmayan hadisəylə bağlı ölkə başçısına və aidiyyatlı orqanlara müraciət ünvanlayıb. Ümid edirik ki, səlahiyyət həddini aşan İmişli rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev barəsində dərhal ciddi ölçü götürüləcək. Şəhidlərimizin qanı qurumamış, qazilərimizin yarası qaysaqlamamış onlara bu cür münasibət göstərən şəxs bu məmləkətdə, nəinki vəzifədə işləyə bilməz, hətta yaşaması belə günah olar. İnanırıq ki, hər bir döyüşçünün Müzəffər Ali Baş Komandanı öz sözünü elə cəbhələrdə olduğu kimi deyəcəkdir.
Fədai.az Araşdırma Qrupu