12.05.2024

Əfqanıstanda şiələr yenə hədəfə alındı

Əfqanıstanın paytaxtı Kabul şəhərinin qərbində yerləşən Dəşti Bərci bölgəsində partlayış baş verib.  

Bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, terror hücumu zamanı 2 mülki şəxs həlak olub, 4 nəfər isə yaralanıb.  

Qeyd edək ki, sözügedən bölgədə əsasən Xəzəri şiələri məskunlaşıblar və dəfələrlə hücumlara məruz qalıblar.

Mənbə: eastnews.org

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: