01.07.2025

Vətən uğrunda döyüşənlər: Topçü Mamed

Topçu Mamed Goranboy rayonu Todan kənd sakini və kəndin müəllimi olub.

Todan kəndinin qədim adı Pir Cavidan olub. Pir Cavidan adı da Xürrəmilərin lideri Cavidanın adından qaynaqlanır. Sovet vaxtı ermənilər bu kəndin adını da saxtalaşdıraraq Pir Davidan adlandırırdılar. Kəndin adı 1993- cü ildən Todan olaraq dəyişdirilib.

I Qarabağ muharibəsi zamanı iki tərəfdən erməni hücumuna məruz qalan Todan kəndinin sakinləri öz doğma kəndlərinin mudafiəsinə qalxır. Bu qəhrəman kənd əhlindən biri də 12 ovlad atası olan Mamed müəllim olub. Mamed müəllim köhnə rus topuna dəyişikliklər və düzəlişlər edərək topla kəndi ermənilərdən qoruyur. Bu qəhrəman müllimə bu işdə » Həcər» ləqəbli xanımı da yaxından kömək edib.

Todan kəndi 14 nəfər şəhid verib. Hər bir Şəhidimizin ruhu önündə baş əyir, onlara Tanrıdan rəhmət diləyirəm.

Qafqaz Qabil

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: