Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri Brüsseldə görüşəcəklər
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Brüsselə yola düşəcək. Bu barədə ölkənin xarici işlır naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, İ.Qaribaşvili Gürcüstan, Ukrayna və Moldova Baş nazirlərinin noyabrın 30-da keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.
XİN başçısı qeyd edib ki, toplantıda “Assosiasiyalı trio” və Avropa İttifaqı arasında əməkdaşlığın aktivləşdirilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Gürcüstan, Ukrayna və Moldovanın təmsil olunduğu “Assosiasiyalı trio” bu ilin yayında təsis edilib.
Mənbə: Report