21.11.2024

Ermənistan ordusu təxribat üçün HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan ordusunun Zəngəzurdakı hərbi hissələrində 1 nömrəli vəziyyət elan olunub.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Məlumatlara görə, döyüş növbətçiliyində olmayan zabitlər də hərbi hissələrə çağrılıb. Bildirilib ki, 25-26 noyabr tarixlərində hərbi hissədə qalmalı, döyüş hazırlığında olmalıdırlar.

Bu informasiya Ermənistanın Soçi görüşününün gedişatına uyğun hərəkət edə biləcəyini göstərir: Paşinyan masada çətin vəziyyətə düşəcəksə, erməni ordusu sərhəddə təxribatlara başlaya bilər;

Yaxud Soçi görüşü zamanı Paşinyana müxalif olan generallar növbəti dəfə atəşkəsi pozmaq əmri verə bilər.

https://youtu.be/L1z-DPO6s6I
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: