08.09.2024

XTQ polkovnik-leytenantı Bayram Qurbanovun 8 yaşlı qızının müalicəsinə dəstək lazımdır

Aprel döyüşlərində və İknci Qarabağ savaşında döyüşlərin ən önündə olan Xüsusi Təyinatlı Qüvvələrimizin zabiti, polkovnik-leytenant Qurbanov Bayram Vahid oğlunun övladı uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

Bayram uzun müddətdir ki,övladının müalicəsiylə bağlı İstanbul şəhərindədir.

Müalicə üçün artıq Bayramın bütün maddi gücü tükənmişdir.

Bayram Vətən Müharibəsinin ən qızğın yerlərində XTQ polkovniki olaraq döyüşmüş və bir neçə orden medalla təltif edilmişdir. Öz ömrünü bizim üçün heçə sayan bir qəhrəmanın övladı indi bizim ümidimizədir.

Məbləğ kifayət qədər böyükdür, amma kimin nəyə gücü çatırsa dəstək olsun bu məsələdə.

Zəhmət olmasa bu postu həmdə paylaşın daha geniş seqmentə yayılsın ki, körpənin həyatını qurtaraq.

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: