28.04.2025

AVMVİB üzvləri Anım tədbirlərində iştirak ediblər

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, şöbə rəhbərləri və üzvləri iştirak ediblər.


AVMVİB sədri Füzuli Rzaquliyev, sədrin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, Qurban Osmanov, NTK sədri Niyazi Quliyev, AVMVİB sədrinin müşaviri Şahin Ağayev, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev, Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Xətai rayon şöbəsinin sədr müavini Əhli Həbiyev, Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov və sədr müavini Məhəbbət Qasımov, Sabunçu rayon şöbəsinin sədri və digər müharibə veteranları iştirak edirdilər.


Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində dediyi kimi: “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq.

Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç nə və heç kim bizi dayandıra bilməz. Biz müqəddəs savaşa çıxmışdıq. Müharibə dövründə hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur».


Bu gün bu Tarixi yazanların günüdür. Geri dönməyən döyüşçü qardaşlarımızın günüdür. Rəhmətlə və qürurla qəhrəman şəhidlərimizi anırıq. Güclü Liderimizin Komandanlığı altında qazanılmış bu Zəfər Vətən tariximizin ən şanlı səhifələrindən biri kimi qalacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: