01.07.2025

Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

«Taliban» tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.

«Report» xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.

Bundan əlavə, ölkədə bir bayram təsis edilib — «İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: