08.09.2024

Ermənilər təxribata əl atdı, millimizin əməkdaşı qarşısını aldı

Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində «Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb. 


Onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma «Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.


Bunu görən Azərbaycan milli yığmasının və «Sumqayıt» FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.  

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: